Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya yığması ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:


Rekord.az xəbər verir ki, o, bunları söyləyib:


“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur. Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.


Qeyd edək ki, martın 3-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Şimali Makedoniya oyunu saat 15:00-da başlanacaq.