İsrailin “Hapoel” (Beer-Şeva) klubu "Qarabağ"ın futbolçusu Kadi Borgesdən əl çəkmir.

Rekord.az xəbər verir ki, İsrail təmsilçisi braziliyalı futbolçu üçün yenidən “Qarabağ”a təklif irəli sürüb.

Bu dəfə 800 min avro təklif edib. Lakin Ağdam təmsilçisi hazırkı durumda Kadini satmaq fikrində olmadığını deyib və israillilərin təklifini geri çevirib.

Qeyd edək ki, "Qarabağ" bu yaxınlarda Kadi ilə 5 illik yeni müqavilə bağlayıb.