
İspaniyalı futbolçu “Ayaks”da
- 15 İyl 2025 18:20
- 41
Niderland təmsilçisi "Ayaks" İspaniyanın "Valyadolid" klubunun yarımmüdafiəçisi Raul Morronu sıralarına cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə Amsterdam kollektivinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı ispaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Morro "Valyadolid"in heyətində 65 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. O, həmçinin 2021-ci ildə ölkəsinin U-21 millisinin heyətinə cəlb olunub.