İspaniya kubokunun qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici oyunda “Real” və “Osasuna” komandaları üz-üzə gəliblər.

Üç qolun qeydə alındığı oyundan qalib ayrılan “Real” ölkə kubokunu başı üzərinə qaldırıb.

Xatırladaq ki, bu, Madrid təmsilçisinin İspaniya kubokunda 20-ci belə uğurudur. Kuboku ən çox “Barselona” qazanıb – 31 dəfə.

İspaniya kuboku
Final

6 may

Real – Osasuna 2:1
Qol: Rodriqo, 2; 70 – Torro, 58.