"Benfika"nın müdafiəçisi Alexandro Qrimaldo karyerasını Almaniyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, “Bayer” rəsmi saytı vasitəsi ilə ispan futbolçunu heyətinə qatdığını açıqlayıb. 

O, müddəti 2027-ci ilə qədər olan müqaviləyə qol çəkib. 

Qeyd edək ki, 27 yaşlı Qrimaldo cari mövsüm "Benfika" forması ilə ümumilikdə 52 matça çıxıb. Bu qarşılaşmalarda 7 qol vuran arxa xətt oyunçusu 15 məhsuldar ötürmə ilə də yadda qalıb.