
İsmayıllıda üzgüçülük üzrə rayon turniri keçirilib
- 10:00
- 32
İsmayıllı Olimpiya İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılğı ilə həvəskarlar arasında üzgüçülük idman növü üzrə İsmayıllı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin əsas məqsədi gənc nəslin sağlam həyat tərzinə cəlb olunması, üzgüçülük idman növünün yeniyetmələr arasında təbliği, eləcə də fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər gənclərin formalaşdırılmasına töhfə verməkdən ibarət idi.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə qaliblər və fərqlənən iştirakçılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və sertifikatlarla təltif olundular.