
İsmayıllıda uşu üzrə Azərbaycan çempionatı
- 10 İyn 2025 11:22
- 62
İsmayıllı Olimpiya İdman Kompleksində uşu üzrə kadetlər və yeniyetmələr arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi.
Rekord.az xəbər verir ki, dövlət Himnimizin sədaları altında tədbir açıq elan edildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Dağlıq Şirvan Regional İdarəsinin əməkdaşları, Azərbaycan Uşu Federasiyasının rəsmiləri, məşqçilər və idmançılar iştirak edirdi. 200 nəfərə yaxın idmançının qatıldığı birinciliyə sabah yekun vurulacaq.