
İsmayıllıda şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
- 10:00
- 34
İsmayıllı Olimpiya İdman Komplesinin stadionunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəhidlərin əziz xatirəsinə həsr olunmuş futbol üzrə İsmayıllı rayon turnirinin final oyunu keçirildi.
Rekord.az xəbər verir ki, turnirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini əziz tutmaq, gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq və futbol idman növünü yeniyetmələr və gənclər arasında təşviq etməkdən ibarət idi.
Final oyunu gərgin və maraqlı idman mübarizəsi şəraitində keçdi. Turnirdə iştirak edən komandalar yüksək hazırlıq səviyyəsi və komandalararası həmrəylik nümayiş etdirdilər. Tədbirdə şəhid ailələri də iştirak edərək turnirə mənəvi dəstək verdilər və gənclərin şəhidlərə olan ehtiramının canlı şahidi oldular.