İsmayıllıda maraqlı tədbir
- 07 Dek 2023 23:18
- 248
Dekabr ayının 5-də “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İsmayıllı Olimpiya İdman Kompleksində maarifləndirici tədbir keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Bəhruz Xələfov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, Rayon Polis şöbəsinin məsul əməkdaşı Rahim Orucov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə əməkdaşı Aydın Səmədov, Cümə məscidinin imamı Röya Balayev, AQUDPK-nın Uşaq Səfirlər Məclisinin üzvü Mələk Hüseynli, məşqçilər, idmançılar və b. iştirak ediblər.
Tədbirdə çıxış edənlər 16 günlük fəallıq kampaniyasının hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) və 10 dekabr (Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü) tarixləri arasında beynəlxalq səviyyədə keçirildiyini xüsusilə vurğulayıblar. Kampaniyanın məqsədi qadınlara və qızlara qarşı törədilən zorakılıq hallarının azaldılması və qarşısının alınmasına cəmiyyətin diqqətini cəlb etmək yönümündə tədbirlərin görülməsidir.
Müzakirə şəklində davam edən tədbirdə gənclərin sualları cavablandırılıb, bukletlər paylanılıb.