Növbəti mövsüm üçün Şamaxı stadionunda yeni işıqlandırma sisteminin quraşdırılması ehtimalı haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, bu işi yerli icra hakimiyyətinin üzərinə götürəcəyinə aid söhbətlər gəzir.

Məsələ "Şamaxı" klubunun özündən münasibət öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynovun sözlərinə görə, onlarda bununla bağlı hər hansı məlumat yoxdur. Ümumiyyətlə, işıqlandırma sistemi ilə bağlı yaxın zamanlarda hansısa yeniliyin olacağı gözlənilmir.