
İsgəndər Cavadov "Kəpəz"dən kənarlaşdırılır
- 05 Sen 2022 12:00
- 928
Bir vaxtlar AFFA tərəfindən "Kəpəz"ə kurator təyin edilən İsgəndər Cavadovun hazırkı durumda demək olar ki, heç bir təsir gücü qalmayıb.
Rekord.az-a daxil olan məlumata görə, komandanın bütün idarəçiliyi İlqar Nadirlinin əlində cəmləşib.
Təsadüfi deyil ki, yenilənən idarə heyətinə rəhbərlik də bundan sonra məhz Nadirliyə məxsus olacaq. İsgəndər Cavadov isə demək olar ki, bütün səlahiyyətlərini itirmək üzrədir. AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun Gəncəyə göndərdiyi veteran futbolçunun qış fasiləsində Gəncə klubundan birdəfəlik ayrılacağı gözlənilir