İranda 22 yaşlı Məhsa Əmininin ölümü ölkədə kütləvi etirazlara səbəb olub.

Rekord.az xəbər verir ki, bəzi şəhər və universitetlərində etiraz aksiyaları davam edir.

Tehranda Əmir Kəbir Universitetinin, Elm və Texnologiya Universitetinin tələbələri həbslərə, universitetə giriş qadağasına, tələbələrin universitetdən qovulmasına etiraz olaraq nümayiş keçirib.

Babul Noşirevani Universitetinin tələbələri 2 tələbənin həbsinin davam etməsinə, 17 tələbənin isə intizam cəzasına məruz qalmasına etiraz ediblər.

Sakkız şəhərində isə mağaza sahibləri etirazlara dəstək üçün tətil edərək mağazalarını bir günlük bağlayıblar.

Sakkızda nümayişə qatılan Əli Daei həbs olunub. Əslən azərbaycanlı keçmiş futbolçunun ölüm hökmünə məhkum edilməsinə dair beynəlxalq KİV-də məlumatlar yayılıb.

Vaxtilə İran yığmasının kapitan sarğısını daşımış hücumçu barəsində edam cəzası çıxarılmış yüzlərlə şəxsin siyahısında yer alıb.

Milli komandalarda vurulan qol sayına (109) görə dünya reytinqində yalnız Kriştianu Ronaldodan geri qalan ərdəbilli sabiq forvardın haqqında yayılan xəbər bir zamanlar formasını geyindiyi «Bavariya»nı da hərəkətə gətirib. A

lmaniya klubu Əli ilə bağlı qərarın dəyişdirilməsi tələbiylə açıqlama yayıb.