"İnter" "Torino"nun braziliyalı müdafiəçisi Bremeri heyətinə qatmaq istəyir.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi futbolçunun klubu ilə danışıqlara  başlayıb. 

Tərəflərin transfer məbləğində artıq ortaq məxrəcə gəlmək üzrə olduğu deyilir. "İnter" müdafiəçinin özü ilə də müqavilə şərtlərini razılaşdırıb. Keçid baş tutsa, oyunçu ilinə 3 milyon avro qazanacaq. Sözləşmənin müddəti isə 5 illik nəzərdə tutulub.

Qeyd edək ki, 25 yaşlı futbolçu Turin təmsilçisinə 2018-ci ildə "Atletiko Mineyro"dan keçib.