
"İnter"də qalmaqdan mənmundur
- 25 Noy 2022 18:39
- 381
“İnter” müdafiəçisi Milan Şkrinyarı komandada saxlamaqda israrlıdır.
Rekord.az xəbər, İtaliya klubu Slovakiya millisinin üzvü ilə yeni müqavilənin şərtlərini müzakirə edir.
“Neradzurra” son olaraq 27 yaşlı müdafiəçiyə 6 milyon avro illik maaş təklif edib. Bonuslarla birlikdə bu məbləğ 9 milyona yüksələcək. PSJ-yə keçəcəyi təqdirdə təxminən bu qədər məvacib alacaq Şkrinyar da “İnter”də qalmağı üstün tutur. Tərəflərin tezliklə yeni sözləşmə imzalaması gözlənilir.
Qeyd edək ki, Milan Şkrinyar 2017-ci ildən “İnter”in formasını geyinir.