
"İnter" "Roma"nı məğlub etdi
- 23 Apr 2022 22:49
- 452
İtaliya A seriyasının 34-cü turunda "İnter" "Roma"nı qəbul edib.
Rekord.az xəbər verir ki, matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"İnter" - "Roma" - 3:1
Qollar: Dumfsries, 30 (1:0), Brozoviç, 40 (2:0), Martines, 52 (3:0), Mxitaryan, 85 (3:1)
Bu nəticədən sonra "İnter" 72 xalla 1-ci, "Roma" 58 xalla 5-cidir.