“İnter” 12 ildən sonra UEFA Çempionlar Liqasında “Barselona”ya qalib gəlib (1:0).

Rekord.az xəbər verir ki, Milan təmsilçisi buna qrup mərhələsinin 3-cü tur oyununda nail olub.

İtaliya klubu ÇL-də bu rəqibini son olaraq 2010-cu ildə məğlub edib – 3:1.

Tərəflər 12 il ərzində Çempionlar Liqasında ümumilikdə 7 dəfə üz-üzə gəliblər.

Bundan əlavə, “Barselona” turnirdəki son 3 səfər qarşılaşmasında qol vura bilməyib. Bu, Kataloniya təmsilçisinin tarixdə ən pis göstəricisidir.