Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov beynəlxalq təyinat alıb.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Məmmədov 21-27 oktyabr tarixlərində Türkiyənin Alanya şəhərində keçiriləcək klublararası dünya çempionatının oyunlarına təyinat alıb.