Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, mundialın növbəti oyununda İngiltərə Qana ilə qarşılaşıb.


Boston stadionunda keçirilən L qrupunun 2-ci turunun matçında hesab açılmayıb - 0:0.


İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələn avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub edən (1:0) Qana yığması da eyni xala malikdir.


Bu qrupun digər matçında, saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.