İngiltərə klubundan “Trabzonspor”a
- 2020-01-01 16:30
- 965
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Stok Siti” klubunun yarımmüdafiəçisi Badu Ndiayeni sıralarına cəlb edib.
Trabzon təmsilçisi hələlik bu transferi rəsmən açıqlamayıb. Amma Ndiaye “Trabzonspor” forması ilə çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşmaqla karyerasını yenidən Türkiyədə davam etdirəcəyini açıqlayıb.
Seneqallı futbolçu “Stok Siti”yə 2018-ci ildə “Qalatasaray”dan transfer olunub. 2015-2017-ci illər aralığında “Osmanlıspor”un da şərəfini qorumuş yarımmüdafiəçi ötən mövsüm “Qalatasaray” tərəfindən icarəyə götürülmüşdü.
Seneqal yığmasında 30-a yaxın oyun keçirmiş Ndiaye, “Trabzonspor” tərəfindən də 6 aylıq icarəyə götürülüb.