"Lester Siti"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.


Rekord.az xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb.


Komanda Marti Sifuentesə həvalə olunub. Onunla 3 illik müqavilə imzalanıb.


Mütəxəssis bundan əvvəl “Quins Park Reyncers”, “Hammarbü”, "Sandefyord", "Hospiteilit", "Rubi", "Olborq" komandaların çalışdırıb.


"Lester Siti"nin son baş məşqçisi Rud van Nistelroy olub. Komanda İngiltərə Premyer Liqasının 2024/2025-ci il mövsümünün sonunda turnir cədvəlində 18-ci yeri tutaraq Çempionşipa düşüb.