İngiltərə klubu ərəblərə satıldı
- 03 Yan 2020 12:42
- 802
İngiltərənin “Çarlton” klubunun yeni sahibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, hazırda Çempionşipdə mübarizə aparan klubun sahibi Rolan Dyşatele “Çarlton”u ərəblərə satıb.
Klubun yeni sahibi Birləşmiş Ərəb Əmirliklərinə məxsus “East Street Investments” şirkəti olub.
Qeyd edək ki, sözügedən komanda hazırda Çempionşipdə 25 oyuna topladığı 28 xalla 19-cu pillədə qərarlaşıb.
“Çarlton” klubu 1905-ci ildə yaradılıb. Londonu təmsil edən 114 yaşlı klubun ən böyük uğuru 1946/47 mövsümündə İngiltərə kubokunu qazanmasıdı.