
"İmişli"yə vaxt verilib: 1 aya problemini həll et
- 13:00
- 116
AFFA "İmişli" klubuna stadion məsələsini həll etmək üçün 1 ay vaxt verib.
Rekord.az xəbər verir ki, İmişli stadionu Premyer Liqa oyunlarını qəbul etməyə hazır deyil və orada ciddi işlər görülməlidir.
Buna görə də "İmişli" yeni mövsümdə ev oyunlarını keçirmək üçün başqa stadiona axtarışına çıxıb. Seçim Ağsu stadionunun üzərində edilib. Lakin PFL nümayəndələrinin təmirdən yeni çıxmış arenaya baxışı zamanı məlum olub ki, burada da həlli vacib problemlər var. Buna görə də "İmişli" rəhbərliyinə yeni mövsümün startına kimi bu problemləri həll etmək tapşırılıb.