Yeni mövsümdən I Divizionda çıxış edəcək "İmişli"nin baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, AFFA əslən İmişlidən olan Ruhid Usubovun bu posta çalışmasına qərar verib.

Bunun digər bir səbəbi də "Araz Naxçıvan" və "Mingəçevir"lə müqayisədə "İmişli"yə daha az büdcənin ayırılacağıdır. Daha az büdcə olunca, komanda daha çox yerli futbolçuların ümidinə qalacaq ki, yerli futbolçuları da daha çox elə yerli məşqçi yaxşı tanıyır. Üstəlik, yerli məşqçinin qalmaq və yemək xərci olmadığı üçün daha az maaşa işləməyə razılıq verir.