Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru və Azərbaycan Respublikası Şəhid, Qazi və Gənc İdmançılara Dəstək Könüllü İctimai Birliyi ilə birgə şəhid Şaiq Teymurovun xatirəsinə həsr olunmuş kikboksing idman növü üzrə kadetlər, yeniyetmə və gənclər arasında rayon turniri təşkil olunmuşdur. 

Rekord.az xəbər verir ki, turnirdə hər yaş və çəki dərəcəsində 1-ci, 2-ci və 3-cü yeri tutan idmançılar Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunmuşlar.

Yarışda İmişli rayonu İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və idarə, müəsisələrdən, şəhid ailələrindən qonaqlarda iştirak edib. Təltif etmədən sonra qaliblərlə xatirə şəkli çəkilmişdir