“İmişli” və “Şamaxı”dan heç-heçə
- 16:33
- 28
Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, sonuncu oyun gününün ilk görüşü Qubada baş tutub.
Öncə “İmişli” “Şamaxı”nı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.
Turun son oyununda lider “Sabah” “Kəpəz”lə qarşılaşacaq.
Daha öncə keçirilmiş oyunlarda “Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Karvan-Yevlax”a oxşar hesabla (2:0) qalib gəlib, “Sumqayıt” – “Qəbələ” matçında qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, 21-ci turun “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb.
Misli Premyer Liqası
21-ci tur
22 fevral
“İmişli” – “Şamaxı” 0:0
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.
Quba OİK stadionu, 14:30.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardoso, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov.
Baş məşqçi: Xorxe Kaskilya.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tırkovyanu, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.