Dünən Misli Premyer Liqasının 23-cü turu çərçibəsində "Şamaxı"nın qonağı olan "İmişli" Şamaxıdan narazı gedib.

Rekord.azbər verir ki, buna səbəb isti suyun olmaması olub. 

Belə ki, soyuq, qarlı havadan sonra soyunub-geyinmə otağına gələn qonaqlar yuyunmaq istəyən zaman məlum olub ki, isti su yoxdur. Stadion əməkdaşları suyun bərpasına bir neçə dəfə cəhd etsə də problemi tam olaraq həll etmək mümkün olmayıb. Bu səbəbdən "İmişli"nin  əksər futbolçuları stadionu yuyunmadan tərk edib.