"İmişli" növbəti futbolçu transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.


Premyer Liqa təmsilçisi azərbaycanlı oyunçu Nazim Hüseynov ilə anlaşıb. 18 yaşlı yarımmüdafiəçi ilə 2 il 6 aylıq müqavilə imzalanıb.


Gənc futbolçu son olaraq "Qəbələ"nin formasını geyinib.