I Divizionda mübarizə aparan "İmişli" komandası Futbolun İnkiaf Fonduna  (FİF) müraciət edib.

Rekord.az-a daxil olan məlumata görə, müraciət komandaya sponsor tapılması ilə bağlıdır.

FİF-dən xahiş olunub ki, bundan sonrakı fəaliyyətlərində "İmişli" üçün də sponsotr axtarılsın. Çünki komandanın stadionu, bazası var və maddi dəstək olarsa, növbəti mövsümdən Premyer Liqaya vəsiqə uğurunda mübarizə aparmaq istəyirlər.