
“İmişli” braziliyalı futbolçu transfer etdi
- 13 İyl 2025 18:30
- 49
"İmişli" klubu heyətinə daha bir legioner futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub braziliyalı Rafael Vyeqasla anlaşıb. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “İmişli” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.