"İmişli" Azərbaycanın U-20 millisinin üzvü Ayxan Abbaszadəni heyətinə qatıb
- 21:00
- 30
20 yaşadək Azərbaycan millisinin futbolçusu Ayxan Abbaszadə "İmişli" klubuna keçib.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Gənc qapıçı ilə "2+1" illik müqavilə imzalanıb.
Peşəkar karyerasına "Turan Tovuz"da başlayan U-20 millisinin üzvü 8 il bu klubun formasını geyinib.