
İlqar Nadiri yenidən "Kəpəz"in başına keçir?
- 13:00
- 150
"Kəpəz"lə bağlı xoş olmayan xəbərlər gəlməkdə davam edir.
Rekord.az xəbər verir ki, Erkin İbrahimovun ardından klubun müşahidə şurasının yeni sədri Namiq Qədirov da postunu tərk edə bilər.
Son günlər bununla bağlı yayılan xəbərlərin ardı-arası kəsilmir. Məsələ burasındadır ki, yeni sədr gözləntiləri verə bilmir. Hər kəs düşünürdü ki, yeni rəhbərlik yeni sponsor, güclü heyət, yüksək nəticələr deməkdi. Lakin hələlik bunların heç biri görünmür. Əksinə, bütün aparıcı futbolçular komandanı tərk edib. Qədirovun gedişini şərtləndirən də bu amillərdi. Əldə etdiyimiz digər məlumata görə, idarə heyətinin sabiq sədri İlqar Nadiri yenidən "Kəpəz"in başına keçə bilər. Çünki Namiq Qədirovun da gedişi reallaşarsa. "Kəpəz" faktiki başsız qalacaq. Eyni zamanda da pulsuz. Nadiri isə ən azından çətin dönəmlərdə cibinin pulunu xərcləməklə komandanl kritik dönəmlərdən çıxardıb. Bu mənada onun yenidən sədr postuna dönüşü realdı.