2-ci Liqada 16-cı tura start verilib.


Rekord.az xəbər verir ki, bu gün bir oyun baş tutub.


“Quba” “Kür-Araz”ı qəbul edib. Matçda qapılara qol vurulmayıb – 0:0.


Yeri gəlmişkən, 2-ci Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Quba"nın üzvü Ramin Məhərrəmov mükafatlandırılıb. Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 16-cı turun "Quba" – "Kür-Araz" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.