Voleybol üzrə Azərbaycan çempionatında ilk dəfə olaraq Challenge sistemindən istifadə olunub. "Rekord.az" xəbər verir ki, mübahisəli epizodlar üçün nəzərdə tutulan sistem bu gün GİN-in Voleybol Mərkəzində baş tutan “AZERRAIL” - “Abşeron” qarşılaşmasında tətbiq edilib. 

Qeyd edək ki, müvafiq qaydalara əsasən komandalara hər setdə 2 dəfə Challenge-dən yararlanmaq imkanı verilir. Tərəflər etirazlarında haqlı çıxsalar, bu imkanlarını qoruyurlar.

Həmçinin oyunun əsas hakimi hansısa epizodda qərarsız qalarsa, onun da bu sistemə müraciət etmək hüququ olacaq.