“Neftçi" NTD üzərində qələbə qazandı
- 19:00
- 34
Azərbaycan Basketbol Liqasının 6-cı turunda daha bir matç keçirilib.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə NTD kollektivi ilə qarşılaşan "Neftçi" 82:63 hesablı qələbə qazanıb.
Görüş Milli Gimnastika Arenasında baş tutub.
Qeyd edək ki, turun ilk qarşılaşmasında "Sabah" "Ordu" kollektivini 91:83 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.