İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- 17:40
- 36
Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi, yeniyetmələr arasında ikiqat dünya çempionu İlahə Qədimova Özbəkistanda təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında seans keçirib.
Bu barədə Rekord.az-a AŞF-nin mətbuat xidmətindən bildirilib.
Qurum rəsmisi eyni vaxtda bir neçə lövhədə şahmat oynayıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.