Millilərimiz Yunanıstan və Ermənistanla qarşılaşacaq
- 17:00
- 37
Azərbaycan millilərinin Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 7-ci turda Yunanıstanla üz-üzə gələcək.
Qadınlar isə Ermənistandan olan rəqibləri ilə qarşılaşaşacaqlar.
7-ci turun görüşləri sentyabrın 23-də baş tutacaq. Kişilərdən ibarət komanda 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət seçmə 10 xalla 9-cu pillədə qərarlaşıb.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.