AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək
- 18:00
- 37
AFFA-nın təşkilatçılığı ilə futzal üzrə seleksiya məşqləri keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Məşqlər sentyabrın 24-26-da "Olimpik Star" İdman Kompleksində təşkil olunacaq.
Saat 14:00-da start götürəcək və iki saat davam edəcək seçim prosesinə 2008-2010 il təvəllüdlü şəxslər qatıla bilərlər.