"Turan Tovuz" - "Fənərbağça" matçının başlama saatı açıqlandı
- 22:00
- 31
"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
Bu barədə Rekord.az Azərbaycan klubunun mətbuat xidmətdindən məlumat verilib.
Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.
Qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.