"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunlarına vahid biletlər satışa çıxarılıb.


Bu barədə Rekord.az-a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.


Azarkeşlər bir bilet əldə etməklə komandanın "Slaviya" (Çexiya), "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya) və "Napoli"yə (İtaliya) qarşı keçirəcəyi dörd ev qarşılaşmasını canlı izləyə biləcəklər.


Biletlərin qiyməti 35-285 manat arasında dəyişir.


Alınmış biletlərin geri qaytarılmayacağı, dəyişdirilməyəcəyi və bərpa edilməyəcəyi bildirilib.


Biletlər yalnız QR-bilet formatında təqdim olunur. Biletdən istifadə etmək üçün azarkeşin iTicket.AZ mobil tətbiqində bileti əldə etdiyi hesabına daxil olması tələb olunur. QR-biletlər yalnız qarşılaşmaların keçiriləcəyi gün aktivləşdiriləcək.


"Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək.