"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


Benin seçməsi sentyabrın 25-də Burkina Faso, 29-da Mavritaniya yığması ilə üz-üzə gələcək. Oktyabrın 6-da isə komanda Argentina ilə yoldaşlıq matçına çıxacaq.


Qeyd edək ki, Sessi Dalmeyda Benin milli komandasının heyətində 46 matça çıxıb və 1 qol vurub.