“Milan”ın hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, isveçli ulduz özünü aktyor kimi sınamaq istədiyini deyib:

“Bəzi şeylərlə maraqlanıram. Məsələn, özümü aktyor kimi sınamaq istərdim. Bədənə adrenalin gətirən bir şey etmək istərdim.

Ancaq çətin ki, nəsə futbol kimi həyəcanlı olsun. Futboldan getdikdən sonra həyatımda çox şeyi dəyişəcəm.

İndi bir çox planlarım var. Amma hələlik bütün diqqətimi futbola yönəltmişəm”.