Kişi voleybolçular arasında Azərbaycan çempionatının I Liqasında finalçıların adları bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün “Murov” voleybol klubunun idman zalında iki yarımfinal oyunu baş tutub.

 İlk olaraq meydançaya "Express" və "Kapitalist" klubları çıxıblar. Matça daha yaxşı başlayan "Express" rəqibini hər üç setdə məğlub edərək finala yüksəlib.

Yarımfinalın digər oyununda "Hərbi İnstitut" və "Təhsil" kollektivləri üz-üzə gəliblər. Bu görüşdə də 3:0 hesabı qeydə alınıb. Daha yaxşı oyun göstərən “Təhsil” rəqibini hər üç hissədə məğlub edərək finala vəsiqəni təmin edib.

Beləliklə, I Liqanın finalında "Express" və "Təhsil", üçüncülük uğrunda isə "Kapitalist" və "Hərbi İnstitut" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, final və bürünc medal uğrunda görüşlərin keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

Azərbaycan çempionatı 
I Liqa (kişilər)
   "Express" - "Kapitalist" 3:0 (25:09, 30:28, 25:15) 
   "Təhsil" - "Hərbi İnstitut" 3:0 (25:21, 25:14, 25:18)