
I Divizionda da VAR tətbiqinə başlanıldı
- 17 May 2023 13:21
- 424
Misli Premyer Liqası oyunlarını idarə etmək üçün hakimlərin VAR sertifikatının almaları zəruridir.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla əlaqədar cari mövsümdə ilk dəfə Azərbaycan I Divizionunda VAR sistemi tətbiq olunub.
Dünən “ASCO Arena”da keçirilmiş “Səbail-2” – MOİK qarşılaşmasının baş hakimi Kamran Əliyev olub. Ona Asiman Əzizli və Kərim Zeynalov kömək ediblər. Video Köməkçi Hakim funksiyasını isə Emin Əliyev və İslam Məmmədov yerinə yetirib.
https://qol.az/news/187653-azerbaycan-birinci-divizionunda-da-var-tetbiqine-baslanildi?fbclid=IwAR0AwxI3D1xEG_Cu8-yl9z927UuB6IW3o2CDKNXG8766e8hZlJ-gTkHJ-fM