Sentyabrda yeni həftəyə qədəm qoyuruq.

Rekord.az xəbər verir ki, məhz bu həftə I Divizionda yarışan və AFFA-dan maliyyələşən klublarda maaş həftəsidir.

Maraqlıdır ki, büdcələri təsdiqlənməyən klubların futbolçuları hansə mənbədən maaş alacaq? Saytımıza daxil olan məlumata görə, büdcə təsdiqlənməsə də, AFFA futbolçuların maaşlarını klubların hesablarına ödəyəcək.

Qeyd edək ki, söhbət Premyer Liqa klublarının əvəzedicilərindən getmir. Onların maaşını öz rəhbərlikləri ödəyəcək. Hansı tarixdə, özlərinə aid məsələdi. AFFA yalnız "Zaqatala", "İmişli" və "Mingəçevir"in futbolularının maaşını ödəyəcək.