Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.


Rekord.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Rumıniyada “Styaua” və Andorranın “İnter” kollektivləri arasında keçiriləcək ilk görüşün UEFA nümayəndəsi olacaq.


Qarşılaşma iyulun 9-da Buxarest şəhərində yerləşən “Styaua” stadionunda keçiriləcək.