Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının yarım finalında ilk görüşnü keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj"un 1/2 finaldakı rəqibi "CSM Targoviste" klubudur.

Cütün ilk matçı gərginliyi ilə yadda qalıb. Bu koamndaların çempionatın əsas mərhələsindəki oyunlarında olduğu kimi bu dəfə də 5 setlik mübarizə qeydə alınıb. Rəqib meydanın baş tutan görüşə voleybolçumuzun komandası 3:2 (14:25, 26:24, 25:22, 15:25, 15:13) hesabı ilə qələbə qazanıblar. 

Komandasının yarımfinala qələbə ilə başladığı qarşılaşmada yığmamızın üzvü 22 dəfə fərqlənməklə komandasının ən məhsuldar oyunçusu olub. Ruban xalların hamısını hücumda qazanıb.