Hücumçumuz Tunis klubunda
- 2019-12-17 12:57
- 1236
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin daha bir üzvü karyerasını ölkə xaricində davam etdirəcək. “Rekord.az” xəbər verir ki, voleybolçumuz Anastasiya Qurbanova Tunis klubuna keçib.
Hücumçumuz Tunisin “Feminin De Carthage” klubu ilə razılığa gəlib. 30 yaşlı voleybolçumuz mövsümün sonuna kimi yeni komandasının uğurları üçün çalışacaq.