Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Polşa birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyini "Radomka"nın 9-cu yer uğrunda mübarizədəki rəqibi "UNI Opole" klubudur. 

Cütün ilk görüşünə voleybolçumuzun komandası yaxşı başlayıb və birinci setdən qalib ayrlıb. Növbəti hissəni isə rəqib öz aktivinə yazdırmaqla hesabı bərabərləşdirib. Lakin meydan sahibləri yenidən təşəbbüsü ələ alıblar. Sonrakı setləri də qalib başa vuran Rita və rəfiqələri yekunda 3:1 (25:20, 19:25, 25:20, 25:23) hesablı qələbəni rəsmiləşdiriblər.

Komandasının 9-cu yer uğrunda mübarizədə ilk qələbəsini qazandığı matçda yığmamızın üzvü əvəzetmə ilə oynayıb. Stepanenko meydanda olduğu müddətdə bir dəfə hücumda fərqlənib.