Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Nikalina Başnakova Macarıstan çempinatının yarımfinal mərhələsini keçə bilməyib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Szent Benedek" 1/2 finalda "Bekescsaba" klubuna rəqib olub.

Cütün gərgin keçən ilk iki oyununda voleybolçumuzun komandası 2:3 hesab ilə məğlub olmuşdu. Bu qarşılaşma rəqibin üstünlüyü ilə keçib. Nikalina və rəfiqələrinin ciddi müqavimətinə baxmayaraq quru hesabla uduzublar - 0:3 (18:25, 23:25, 12:25).

Komandasının son yarımfinal matçında millimizin üzvü əvəzetmə ilə oynayıb. Başnakova meydanda olduğu 3 xal qazanıb. O, rəqibi 2 dəfə hücumda, 1 dəfə isə blokda məyus edib.