Hücumçumuz avroliqa ilə bağlı fikirlərini bölüşüb
- 2024-05-14 10:33
- 244
Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, ilk turu Bakıda keçirəcək komandamızın kapitanı Vüqar Bayramov yarışla bağlı fikirlərini bölüşüb:
"Bildiyiniz kimi ayın 17-də Qızıl Avropa Liqasında mübarizəyə başlayırıq. Klub mövsümü də yeni bitib, bir neçə günlük istirahətdən sonra milli komandanın bazasında toplaşdıq.
1-ci turun qarşılaşmaları Bakıda olacaq. Rəqiblərimiz Ukrayna və Rumıniya güclü komandalardır.
Oyunlar çətin olacaq. Bu il yığma komandamızda gənc oyunçular da çoxdur. Əsas oyunçularımızdan zədəsi olanlar da var. Buna baxmayaraq, biz əlimizdən gələni edəcəyik ki, yaxşı oynayaq və uğurlu nəticə qazanaq".